Azərbaycanlı rəssam dünya şöhrətli opera müğənnisinə rəsm əsərini hədiyyə edib

Azərbaycanlı rəssam dünya şöhrətli opera müğənnisinə rəsm əsərini hədiyyə edib
18:07 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanlı gənc rəssam, beynəlxalq müsabiqələrin laureatı Nərgiz Quliyeva dünya şöhrətli opera müğənnisi Anna Netrebkoya "Qadın obrazı - Anna Netrebko" adlı rəsm əsərini hədiyyə edib.
"Report" xəbər verir ki, rəsm əsəri Rusiyanın Bolşoy Teatrında Cakomo Puççininin "Manon Lesko" operasının baş rollarını Anna Netrebko və Yusif Eyvazovun ifa etdiyi premyerası münasibətilə yaradılıb.
Bolşoy Teatrdakı premyeradan sonra gənc rəssam Anna Netrebkoya hörmət və onun yaradıcılığına olan sevgi əlaməti olaraq ona hədiyyə göndərib.
Qeyd edək ki, Nərgiz Quliyeva Azərbaycan Rəssamlıq Akademiyasının məzunudur və o, Almaniya, Fransa, Azərbaycan və Türkiyədə bir çox beynəlxalq müsabiqələrin laureatıdır. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/azerbaycanli-ressam-dunya-sohretli-opera-mugennisine-resm-eserini-hediyye-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR