Hakimlər briqadasına hədə-qorxu gələn baş məşqçi cəzalandırılıb

Hakimlər briqadasına hədə-qorxu gələn baş məşqçi cəzalandırılıb
19:27 26 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanda baş məşqçi hakimlər briqadasının otağına daxil olaraq onları təhqir edib və oyunun rəsmi şəxslərinə hədə-qorxu gəlib. 
"Report"un məlumatına görə, xoşagəlməz hal U-14 liqasında Gəncənin "Təhsil TİM" və "Kəpəz" komandaları arasında görüşdə baş verib.
"Təhsil TİM"in baş məşqçisi Turan Əliyev bu hərəkətinə görə AFFA İntizam Komitəsi tərəfindən 8 oyunluq cəzalanıb. Komandanın futbolçusu Əbdüləli Qasımov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra yenidən aqresivliyini davam etdirərək hakimlər briqasına qarşı nalayıq ifadələr işlədib. Bu səbəbdən futbolçu 5 oyun cəzaya məruz qalıb.
"Təhsil TİM" klubunun futbolçuları və baş məşqçisi tərəfindən oyunda məcburi fasilələr yarandığına və stadionda qayda-qanun yaradılmaması ucbatından görüş başa çatdırılmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni liqanın UGİM Olimpik (Qusar) - UGİM (Siyəzən) matçında qonaq komandanın məşqçisi Səfərov Mehman hakimlər briqadasına və AFFA nümayəndəsinə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 6 ay yarışlardan kənarlaşdırılıb.
Aşağı yaş qruplarının çempionatlarında bu həftə də texniki məğlubiyyətlər qeydə alınıb. U-16 Liqasının "Zirə" - "Ağsu", U-14 Liqasının "Yalama" (Xaçmaz) - MOK (Xaçmaz) matçında qonaq komandaların, və çempionatının növbəti turunun MOK (Xaçmaz) - "Xudat" (Xaçmaz) matçında meydan sahibi komandanın iştirak etməməsinə görə klublara 0:3 hesablı texniki məğlubiyyət verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/hakimler-briqadasina-hede-qorxu-gelen-bas-mesqci-cezalandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR