Silahlılar 36 dinc sakini qətlə yetirdi - Əfqanıstanda

Silahlılar 36 dinc sakini qətlə yetirdi - Əfqanıstanda
21:39 26 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Qor əyalətində naməlum silahlılar 36 dinc sakini qətlə yetirib.

 

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyinə əyalətin qubernatoru Məhəməməd Nəsir Həzah bildirib.

 

Onun sözlərinə görə, silahlılar təhlükəsizlik qüvvələri ilə toqquşmadan sonra geri çəkilərək 36 dinc sakini girov götürüb, sonra isə güllələyib. Hücumun İŞİD-ə yaxın qruplaşma tərəfindən törədildiyi ehtimal edilir.

 

BMT-nin məlumatına əsasən, bu ilin yanvar ayından oktyabradək Əfqanıstanda müxtəlif silahlı insidentlər zamanı 2 560 mülki şəxs öldürülüb, 5830-u yaralanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR