Poroşenko: Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyi dəyişməzdir

Poroşenko: Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyi dəyişməzdir
22:22 26 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudayar oğlu Xudiyev etimadnaməsini prezident Pyotr Poroşenkoya təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində hər iki ölkənin suverenlik və ərazi bütövlüyünün dəstəklənməsinə dair mövqeyinin dəyişməz qaldığını bildiriblər.
Tərəflər, həmçinin 2016-c ildə baş tutan Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası və Ukrayna-Azərbaycan iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyasının 11-ci iclası çərçivəsində əldə olunan razılaşmaların yerinə yetirilməsinin vacib olduğunu qeyd ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/porosenko-ukraynanin-azerbaycanin-erazi-butovluyune-dair-movqeyi-deyismezdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR