"Ülkərə oğlan bəyəndirə bilmirəm" - Mətanət qızı haqda

"Ülkərə oğlan bəyəndirə bilmirəm" -  Mətanət qızı haqda
14:11 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərdən bəhs edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Hər şey daxil” verilişində övladının ailə qurmamasının səbəbini açıqlayıb:

“Allah Ülkərə və onun kimi subay qızlara ana olmağı qismət etsin. Bu dəqiqə ərə getmək problemdir. Fikirləşirsən ki, beş günlük ailə qurmaq lazım deyil. Ona görə də qızım çox fikirləşir. Ülkərə oğlan bəyəndirə bilmirik. Deyir ki, ailə qururamsa, ömürlük quracam. Bu dəqiqə boşanmaların sayı çoxalıb”.

Qeyd edək ki, M.İsgəndərlinin qızı iki dəfə nişanlı olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR