“Erməni Vüqarı şantaj edirdi” - Döyülən müğənninin vəkili

“Erməni Vüqarı şantaj edirdi” -  Döyülən müğənninin vəkili
00:05 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ötən il toy məclisində oxumaq adı ilə aldadılaraq Rusiyaya dəvət edilən və Moskvada döyülən müğənni Vüqar Muradovun hadisədən sonra polis bölməsində çəkilən görüntüləri yayılıb. Bu gün mətbuatda yayılan video görüntülərdə müğənni yaşlı bir kişi ilə söhbəti edir, sonda işə kişi erməni olduğunu açıqlayır. V.Muradovun erməni ilə ünsiyyətdə olması isə birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə müzakirə olunub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ifaçı hazırda Avstraliyada olduğu üçün onunla əlaqə saxlamaq mümkün olmasa da, həmin gün Muradovla ilk olaraq danışan hüquqşünası Ruslan Əhmədoğlu hadisəni saytına belə şərh edib: "Həmin hadisədən sonra Vüqar ilk olaraq, mənimlə əlaqə saxladı. O ərəfədə mətbuatada hadisə ilə bağlı açıqlamaları Vüqarın vəkili olaraq mən verirdim. Vüqar mənimlə danışanda onu xilas etmiş şəxs var idi. Mən Vüqara dedim ki, yanındakı şəxslə məni danışdırsın. Çünki istəyirdim ki, hadisə ilə bağlı səfirliyə müraciət edək. Həmin kişi ilə danışanda rus olmadığını anladım. Hansı millətdən olduğunu soruşdum, gürcü olduğunu dedi. Ondan xahiş etdim ki, Vüqarı ya səfirliyə, ya polisə çatdırsın. Mənə özünü gürcü kimi qələmə verən şəxs Vüqara kömək edəcəyini dedi. Bildirdi ki, o ərazinin prokuroru da onunla eyni millətdəndir. Vüqar bölmədə olan zaman onunla əlaqə saxlaya bilmirdim. Mən də həmin şəxslə əlaqə saxladım. Mənə söylədi ki, artıq bölmədən çıxıb və Vüqarı polislə əlaqələndirib. O zaman əlavə etdi ki, gürcü deyil, ermənidir. Başladı artıq sözlər danışmağa. "Azərbaycanlı öz həmvətənini necə vəhşiliklə belə hala salıb, amma erməni onu xilas edib"-, deyə istehza da etdi. Vüqar bilməyib ki, o şəxs onu videoya çəkir. Sonra kişi özü də videoya daxil olur, deyir ki, ermənidir. O zaman Vüqar ondan uzaqlaşır. Videoya baxanlar bunun şahidi olacaqlar. Həmin erməni sonra dəfələrlə Vüqara zəng edib pul istədi. Bildirdi ki, pul verməsə, video görüntüləri yayacaq. Mən də Vüqara məsləhət gördüm ki, o adamla ünsiyyətdə olmasın. Çünki etdikləri şantajdır. Bu videonun Vüqara xeyri oldu. Çünki deyirdilər ki, o vəhşi kimi döyülüb. Amma elə olmadığı artıq məlum oldu".

Qeyd edək ki, ifaçı hadisənin qisas məqsədi ilə törədildiyini demişdi: "Yaşadığım ərazidə bir oğlan mənə sataşırdı, həyatıma mane olurdu. Bir gün çəkib kənara məsələni aydınlaşdırdım. Mənə dedi ki, məndən xoşu gəlmir, o məhəllədə qalmağımı istəmir. Söhbət uzandı, söyüş söydüyü üçün o insanı möhkəm döydüm. Kişi arasında dava da, yumruq-təpik də olar. Biz kişilər kobud məxluqlarıq. Əzizlərimə söydüyü üçün onu döydüm, peşman deyiləm. Həm də bir il idi ki, o insanın əlindən yığmışdım, maşınımı cızırdı, həyatımı burnumdan gətirirdi. Həmin hadisədən sonra axşam dostlarım, oğlanın qohumları, məhəllənin ağsaqqalları bir araya yığışıb yenidən məsələni həll etdik, söhbət bitdi. O oğlan məndən acıqlı qaldı, Bakı şəhərində məni döydürməkdən qorxdu. Ona görə də Moskvada küçə adamlarına məni döydürdü, qisas aldı. O işi görənlərin çoxu tutulub. Sifarişçi Bakıda yaşadığı üçün o tam cəzasını almayıb, amma nə zamansa qisas günü var. O, 9 milyonun içərisində məni aşağıladı. Düzdür, döyülmək alçalmaq deyil. Amma 1 nəfərin üzərinə 8-9 nəfərin gəlməyi və bəzi savadsız jurnalistlərin yanlış informasiya yayması mənə böyük zərbə oldu. Yalan yazan jurnalistlərə haqqımı halal eləmirəm. İnsanlar onu bilsin ki, məni heç kim soyundurub döyməyib. Məni döyüb pulumu, telefonumu aparmışdılar. Azərbaycanın yaxşı oğlanları mənə Moskvada kömək etdilər. Heç kim yiyəsiz deyil".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İran Qərbi Azərbaycanda təlimlərə başladı

25 Sentyabr 2017 08:38

Trampdan yeni fərman - Daha 3 ölkə üçün qapılar bağlandı

25 Sentyabr 2017 08:28

Azərbaycan filmi Böyük Britaniyada nümayiş olunacaq

25 Sentyabr 2017 08:13

Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib

25 Sentyabr 2017 08:02

Oturaq insanların orqanizmində baş verən QORXUNC PROSESLƏR

25 Sentyabr 2017 07:28

Fişəng fabrikində yanğın - 8 ölü, 25 yaralı

25 Sentyabr 2017 07:19

Şəmkirdə 22 yaşlı kişi bıçaqlandı

25 Sentyabr 2017 06:33

AÇ-2017: 3-cü gün - NƏTİCƏLƏR və TƏQVİM

25 Sentyabr 2017 05:33

İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb

25 Sentyabr 2017 05:02

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

25 Sentyabr 2017 04:39

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

25 Sentyabr 2017 04:33

Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"

25 Sentyabr 2017 04:02

ABŞ-da həbsxanada qiyam baş verib - 1 ölü, 9 yaralı

25 Sentyabr 2017 03:54

Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO

25 Sentyabr 2017 03:43

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58