Nigerdə vəba epidemiyasına yoluxma qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölkənin cənubundakı Doso əyalətində 30 nəfər xəstəliyə yoluxub, 10 nəfər ölüb.

Nigerin səhiyyə naziri bildirib ki, əyalətdə vəba xəstəliyinə ilk yoluxma halı oktyabrın 13-də qeydə alınıb.

Qeyd edək ki, bu həftə Yəmənin Ədən şəhərində 9 nəfər vəba xəstəliyindən ölüb, 200 yeni yoluxma halı qeydə alınıb. Vəba əsasən keyfiyyəti aşağı olduğu içməli su vasitəsi ilə yayılır.

Milli.Az