Sabirabadda “Qazel” piyadanı vurdu

Sabirabadda “Qazel” piyadanı vurdu
21:29 29 Oktyabr 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

 Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 20.30 radələrində Hacıqabul-Bəhrəmtəpə yolunun 14-cü kilometrliyində, rayonun Qaragüney kəndi ərazisində baş verib. “Qazel” markalı avtomobil yolu keçən piyadanı vuraraq ağır yaralayıb. Yaralı kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisənin təfərrüatları piyadanın şəxsiyyəti aydınlaşdırılır.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR