Deputatlar Yalama Aqroparkında

Deputatlar Yalama Aqroparkında
22:54 29 Oktyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 29-da Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov və Komitənin üzvləri Xaçmaz rayonunda yerləşən Yalama Aqroparkında olublar. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, nazirliyin təşkilatçılığı ilə reallaşdırılan səfər zamanı aqroparkın ofisində təqdimat keçirilib, burada görülən işlər barədə millət vəkillərinə məlumat verilib.

 

Bildirilib ki, ümumi ərazisi 523 hektar olan Yalama Aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb. Bu mərhələdə 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Yem zavodunun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə taxıl anbarı və məhsulun keyfiyyətli saxlanması üçün qurutma avadanlığı quraşdırılıb. Aqroparkda istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunub. Artıq təsərrüfata “Aqrolizinq” ASC vasitəsilə “Simmental” cinsindən olan 1100 baş cins heyvan gətirilib. Təsərrüfatda yüksək keyfiyyətli süd istehsal olunur. Aqroparkda aqroservis mərkəzi də yaradılıb. Bunun üçün “Aqrolizinq” ASC vasitəsilə İtaliya şirkətlərinin və Gəncə Avtomobil Zavodunun istehsalı olan 15 adda 24 ədəd müasir texnika və aqreqatlar (traktor, yem paylayan, qoşqu, kotan və s.) alınıb. Layihənin 1-ci mərhələsinin investisiya dəyəri 20 milyon manatdır.

 

İkinci mərhələdə isə Yalama aqroparkında müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Bundan başqa, ikinci mərhələdə aqroparkda 60 hektar ərazidə intensiv bağçılıq və rayonun Muxtadır qəsəbəsində 957 ha sahədə iri taxılçılıq təsərrüfatları yaradılacaq.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR