“Əli və Nino”dan hədiyyəli aksiya

“Əli və Nino”dan hədiyyəli aksiya
14:13 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində yerləşən kinoteatr “CinemaPlus” sakinlər tərəfindən böyük marağı nəzərə alaraq, gözlənilən “Əli və Nino” filminə hədiyyəli aksiyanı daha 1 ay uzadır.

Publik.az xəbər verir ki, film Azərbaycan dilində nümayiş olunur.

Aksiyanın məqsədi əsas çəkilişləri Gəncə körpüsündə keçmiş “Əli və Nino” filmini sakinlərə pulsuz olaraq nümayiş etməkdir. Aksiya dekabrın1-dək etibarlıdır və həftənin bazar ertəsindən cümə axşamınadək keçirilir. Hədiyyə biletlərdən aşağıda qeyd olunan tamaşaçılar yararlana biləcəklər:

Dövlət qulluqçular (müəllimlər, həkimlər və s.) və hərbiçilər, tələbələr, 50 yaşdan yuxarı tamaşaçılar, məhdud fiziki imkanlı insanlar.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri – Kris Tikye, rejissor – BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi - Academy Award mükafatı laureatı Kristofer Hemptondur.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/174463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR