Azərbaycan qonşu ölkələrin əczaçılıq bazarına çıxış üçün qovşaq ola bilər

Azərbaycan qonşu ölkələrin əczaçılıq bazarına çıxış üçün qovşaq ola bilər
17:12 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan qonşu ölkələrin, o cümlədən İranın əczaçılıq bazarına çıxış üçün çox maraqlı qovşaq ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri əczaçılıq zavodunun təməlqoyma mərasimində Rusiyanın "R-Farm" şirkətlər qrupunun direktorlar şurasının sədri, Rusiya Prezidenti yanında İqtisadi Şuranın üzvü Aleksey Repik jurnalistlərə açıqlamasında deyib.

Pirallahı Sənaye parkında baş tutan mərasim zamanı A.Repik qeyd edib ki, bu zavodun məhsulları sayəsində Azərbaycan təkcə əczaçılıq sənayesini deyil, həm də ölkənin qeyri-xammal ixracat sahəsini inkişaf etdirə bilər.

Azərbaycan-Rusiya birgə əczaçılıq zavodunun tikintisi gələn ildən etibarən başlayacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR