Məşhur model bu səbəbdən doğa bilmədi - video

Məşhur model bu səbəbdən doğa bilmədi - video
12:06 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Məşhur model Çontel Duncan möhkəm qarın əzələləri səbəbi ilə doğum həyata keçirərkən böyük təhlükə ilə üzləşib.

Axşam.az-ın xarici saytlara istinadən verdiyi məlumata görə, Avstraliyada şəxsi fitnes müəllimi kimi çalışan Çontelin uşağı qarın əzələlərinə ilişib. Belə ki, o, doğuşa 1 həftə qalana qədər güclü məşqlərə ara verməyib. Gənc qadın yaşadığı bədbəxt hadisəni “İnstaqram” səhifəsindən paylaşdığı yazı ilə hər kəsə bildirib:

“Qarın əzələlərim Jeremiahın içimdə kilidli qalmasına səbəb olub. Əməliyyat zamanı qusmağa başladım”.

Doğuş prosesi təbii yolla baş tutmadıqda 27 yaşlı model əməliyyat edilib. Çontel əməliyyatdan 20 dəqiqə sonra körpəsini qucağına alıb. “İnstaqram” hesabından əməliyyat izini paylaşan model dünyaya daha 3 uşaq gətirmək istədiyini bildirib.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR