Toyuq fabrikləri sevinir – BU QƏRARDAN ÇOX RAZIYIQ

Toyuq fabrikləri sevinir – BU QƏRARDAN ÇOX RAZIYIQ
22:37 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gündən Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarında dəyişikliklər edilməsi barədə qərarı qüvvəyə minib.
Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar,  1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar  gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.
Milli.Az modern.az-a istinadən bildirir ki, ölkədə quş əti istehsalı məşğul olan şirkətlər qərarı dəyələndiriblər.
"Siyəzən Broyler" ASC-nin direktoru Barış Alpay qərarla bağlı saytımıza danışarkən onu müsbət qiymətləndirib:
"Qərar özlüyündə müsbətdir, amma bununla yanaşı, ölkəyə böyük həcmdə idxal mallarının gətirildiyi xəbərlərini alırıq. Şirkətlər iqtisadi böhrandan sonra sıxıntı içərisindədir. İşlərə davam edə bilmək üçün Azərbaycandakı sahibkarlara dəstək verilməlidir. Dəstək olarsa, şirkətlər öz imkanlarını daha da genişləndirərlər.
İdxal malları gəlməyəcəyi təqdirdə yerli bazara tələb artacaq. Bunun üçün şirkətlərə dəstək vermək lazımdır.
Devalvasiyadan sonra xammal qiymətləri çox qalxıb. Bildiyiniz kimi xammalın böyük əksəriyyətini xaricdən idxal edirik.
Buğda, qarğıdalı, soya və s. maliyyətimizin 70 faizini qarşılayır. Bildiyiniz kimi bunlar da dollara bağlıdır".
Şirkət rəsmisi devalvasiyadan sonra zərərlə işlədiklərini açıqlayıb:
"Belə olduğu təqdirdə ölkədə baş verən 70 faizlik devalvasiya nəticəsində qiymətləri yalnız 20 faiz qaldıra bildik. Nəticədə isə 50 faiz zərərlə işləyirik. Hazırda biz zərərlə işləməyə davam edirik. Ölkədə kənd təsərrüfatını, əkinçiliyi inkişaf etdirmək lazımdır ki, buğda, qarğıdalı, soya kimi yem qidalarını xaricdən almağa ehtiyac qalmasın.
Xüsusilə kəndliləri bu işə cəlb etməklə onlara iş vermək, eyni zamanda bazarı yerli xammalla təmin etmək lazımdır.
Biz şirkət olaraq 25-30 milyon quş saxlamaq imkanlarına malikik. Azərbaycandakı digər yerli firma və şirkətlərin də daxili tələbatı ödəmək imkanlarının yetərli olduğunu düşünürəm. Artıq ölkənin öz daxili tələbatını qarşılamasının vaxtıdır. Dövlətdən kredit, lizinq kimi yardımlar olarsa, biz bunun öhdəsindən gəlməyə hazırıq.
Bizim yerimiz var, zavodumuz yenidir, lazım gələrsə, sexlərimizin sayını da artıra bilərik".
"SƏBA" şirkətlər qrupunun rəsmisi Modern.az-a deyib ki, qərar daxili bazarı stimullaşdırmaq üçün atılan ən doğru addımdır:
"Ümid edirik ki, bu dəyişikliklər satışlarımıza müsbət təsir göstərəcək. Bildiyiniz kimi, "Səba"ya daxil olan şirkətlərin birləşmiş hesabatı 9 ayın nəticələrinə görə mənfəətə çıxdığımızı göstərsə də, toyuq əti istehsalında müəssisəmiz ziyanla işləyib.
Baxmayaraq ki, "Səba" məhsullarının qiyməti artmayıb və "Səba" yeganə yerli quş əti istehsalçısıdır ki, özü yem istehsal edir. Bu il ilk dəfə olaraq, böyük sahədə quş istehsalında vacib olan soya becərib. Qanunvericilikdə yaradılmış imkan və öz yeniliklərimiz bizə satışlarımızı artırmağa kömək edəcək".
"Garant Aqro" quş əti emalı müəssisəsində istehsal olunan "Mərcan" toyuqlarının satış şöbəsindən qısaca olaraq qərarı müsbət qiymətləndirdiklərini deyərək nəticələr barədə danışmağın tez olduğunu bildiriblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyə gözəlinin tacı bu sözlərinə görə əlindən alındı - FOTO

22 Sentyabr 2017 17:54

Üzeyir Hacıbəyli ilə bağlı reklam BİABIRÇILIĞINA SON VERİLDİ - VİDEO

22 Sentyabr 2017 17:53

"Technol"un sponsorluğu ilə Bakıda Şahmat Turniri keçiriləcək

22 Sentyabr 2017 17:52

“Roma” klubunun qəzetində “Müharibə içində futbol Bu da Qarabağ” sərlövhəli yazı dərc olunub

22 Sentyabr 2017 17:52

“Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib” - Erməni deputat

22 Sentyabr 2017 17:49

Azərbaycanlı müğənni həyat yoldaşı ilə Dubayda konsert verdi - VİDEO

22 Sentyabr 2017 17:48

"Real"da 70 milyon avroluq müqavilə

22 Sentyabr 2017 17:47

Anasını hədəf yerinə qoydu, oxu atdı və...

22 Sentyabr 2017 17:44

Sabiq nazir müavininin qohumunun məhkəməsində şahidlər dindirilib

22 Sentyabr 2017 17:42

Əsl ana YAP-ın üzvü olmalıdır

22 Sentyabr 2017 17:38

Kənd təsərrüfatı naziri Salyanda vətəndaşlarla görüşüb

22 Sentyabr 2017 17:37

Prokuror qayınanasını bıçaqlayan şəxsə cəza istəyib

22 Sentyabr 2017 17:37

Bu qadına ana demək olarmı?!

22 Sentyabr 2017 17:37

2017-ci ilin birinci yarısında kiberhücumlardan dəymiş zərərin həcmi məlum olub

22 Sentyabr 2017 17:35

İspaniya Kataloniyaya ordu yeritdi

22 Sentyabr 2017 17:33

Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

22 Sentyabr 2017 17:32

Təmizləyici vasitənin reklamı dayandırıldı

22 Sentyabr 2017 17:31

Azərbaycanda keçmiş bələdiyyə sədri həbsdə öldü

22 Sentyabr 2017 17:29

Bakıda polis bölmələrindən birinə yeni rəis təyin edilib

22 Sentyabr 2017 17:27

"Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qorunub saxlanıb"

22 Sentyabr 2017 17:27

Sabiq nazir müavinin oğlu ölkədən çıxıb

22 Sentyabr 2017 17:24

Sentyabrın 25-nə manatın MƏZƏNNƏSİ

22 Sentyabr 2017 17:23

“2018-ci ilin yazında müharibə...” - Rusiyalı ekspertdən PROQNOZ

22 Sentyabr 2017 17:23

Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"

22 Sentyabr 2017 17:22

Növbəti 3 günə olan məzənnə

22 Sentyabr 2017 17:21

"Ağıllı" qapı zəngi hazırlanıb - FOTO

22 Sentyabr 2017 17:18

Almaniya Vyetnamla strateji tərəfdaşlığı dayandırır

22 Sentyabr 2017 17:17

Hərbi təlimlərə döyüş helikopterləri də qoşulub

22 Sentyabr 2017 17:15

“Çelsi” rəsmən təsdiqlədi: Kosta “Atletiko”da

22 Sentyabr 2017 17:14

Gənc Tamaşaçılar Teatrı oktyabr ayına olan repertuarını açıqlayıb

22 Sentyabr 2017 17:12

Sizi 15 günə qarın piylərindən 4 kq xilas edəcək

22 Sentyabr 2017 17:10

2 başlı, 3 ciyərli, 4 əlli insanlar: Belə uşaqların doğulmaması üçün nə etməli? - ARAŞDIRMA

22 Sentyabr 2017 17:08

“Qara Bazar”a son zərbə

22 Sentyabr 2017 17:04

Lütfi Zadənin nəşinin Bakıya gətirilməsinin GECİKMƏ SƏBƏBİ BİLİNDİ: "Cümə günü..."

22 Sentyabr 2017 17:03

Bakı-Qazax yolunda yol qəzası baş verib, iki nəfər xəsarət alıb

22 Sentyabr 2017 17:02

Bu il İtaliya səfirliyinin azərbaycanlı tələbələrə verdiyi vizaların sayı açıqlanıb

22 Sentyabr 2017 17:02

Mədəniyyət və Turizm Nazirliyi Mirzə Ələkbər Sabirin ev muzeyinin sökülməsinə münasibət bildirib

22 Sentyabr 2017 16:57

Hərdən AFFA və PFL-ə yazığım gəlir

22 Sentyabr 2017 16:57

“Bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir”

22 Sentyabr 2017 16:56

İstanbulu fəth edən Çinarə Məlikzadə bütün GİZLİNLƏRİNİ AÇDI: “Ailə qurandan sonra...” - MÜSAHİBƏ

22 Sentyabr 2017 16:53

Üzeyir Hacıbəyova qarşı tərbiyəsizlik edənlərə CƏZA

22 Sentyabr 2017 16:51

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir"

22 Sentyabr 2017 16:47

Bakıda avtobuslarda gediş haqqı bahalaşıb?

22 Sentyabr 2017 16:45

Röya Zabit Səmədovla SEVGİLİ OLMASINDAN DANIŞDI: “O mənim...” - FOTO

22 Sentyabr 2017 16:43

120 manata görə iki qardaşa 5 İL HƏBS

22 Sentyabr 2017 16:39

“İDEAL”ın keçmiş baş direktoruna cinayət işi açıldı

22 Sentyabr 2017 16:38

"Qara bazar"a son zərbə

22 Sentyabr 2017 16:37

Azərbaycanlı aktrisa çəkiliş meydançasında

22 Sentyabr 2017 16:37

“Hamı üçün İKT” sosial layihəsinə start verilib

22 Sentyabr 2017 16:35

Sifəti tanıyan qapı zəngi yaradılıb

22 Sentyabr 2017 16:35