Elton SİRLƏRİNİ AÇDI: “Qızlarıma bunu qadağan etmişəm, həyat yoldaşım isə...” - MÜSAHİBƏ (FOTOLAR)

Elton SİRLƏRİNİ AÇDI: “Qızlarıma bunu qadağan etmişəm, həyat yoldaşım isə...” - MÜSAHİBƏ (FOTOLAR)
12:23 7 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bir ara adı qalmaqallarda səsləndi. Daha sonra adı vergi borcunu ödəməynlərin siyahısına salındı. Amma bəzi həmkarlarından fərqli olaraq, nə bu məsələlərə aydınlıq gətirdi, nə də şou gündəmində qalmaq üçün bu məqamlardan istifadə etdi. Amma bizə danışdı.

Söhbət müğənni Elton Hüseynəliyevdən söhbət gedir.

Onun Publika.az-a müsahibəsini təqdim edirik.

- Nədənsə, son vaxtlar tədbirlərdə, efirlərdə az-az görünürsüz. Səbəb nədir, çağırmırlar, yoxsa, özünüz belə istəyirsiniz?

- Əlbəttə dəvətlər olur, sadəcə olaraq, özüm belə istəyirəm. Çünki tez-tez görünüb, insanların gözünü yormaq istəmirəm. Gərək insanlar səni gözləsin, sənin üçün darıxsın. Həm də arada bir görünəndə müğənni şirin və maraqlı olur.

- Bəlkə qalmaqallardan qorxursunuz, buna görə? Çünki son vaxtlar başınız qalmaqaldan heç açılmadı…

- İki-üç ay əvvəl mənim də adım müəyyən həmkarlarımla qalmaqalda hallandı. Amma indi qalmaqaldan uzağam. Qalmaqal heç bir insanın xeyrinə deyil. Düşünürəm ki, insanların qəlbini qırmaq olmaz. Həm də mənim qalmaqal edib, gündəmə gəlməyimə, reklam olunmağıma ehtiyacım yoxdur. Düşünürəm ki, bundan sonra adım qalmaqallarda çəkilməyəcək.

- Buna əminsiniz?

- Hər halda, buna imkan verməyəcəm.

- Hansı hallarla rastlaşanda qəzəblənirsiniz?

- Paxıllıq, haqsızlıq görəndə çox pis oluram. İnsanlara lağ edəndə, onları aşağılayanda, şəxsiyyətinə toxunulanda əsəbiləşirəm. Zalımlıq, insanlara qarşı rəhimsizlik məni həmişə qəzəbləndirib.

- Ən sərt reaksiyanız necə olur?

- Həmin insanları acılayıram, sözümü birbaşa üzünə deyib, düzgün hərəkət etmədiyini bildirirəm. Belə adamlarla aram dəyir, haqq-salamı kəsirəm. Çalışıram söz-söhbətlərdən uzaq olum.

- Tənqidlə aranız necədir?

- Tənqidə açıq biriyəm. Sosial şəbəkədə də haqlı tənqidləri eşitməyə hazıram. Münasibətim də normal olur, hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Ümumiyyətlə, mən təbiət etibarı ilə dərhal özündən çıxan adamlardan deyiləm. Boğaza yığılanda artıq özümü ələ ala bilmirəm və o məqamda sərt oluram. Amma təəssüf ki, tənqidlə təhqiri səhv salanlar da olur.

- Elələrinə qarşı reaksiyanız necə olur?

- Dərhal bloka atıram.

- Bir çox müğənnilər toy qıtlığından şikayət edirlər...

- Başqalarını deyə bilmərəm, amma məndə, maşallah hər şey yaxşıdır. Avqust, iyun, sentyabrda da toylarım bol olub. Əvvəlki kimi, mən kasadlıq hiss etməmişəm.

- Həmkarın Nadir Qafarzadə pulsuzluqdan bağ evini satdı, sizdə vəziyyət necədir?

- Şükür, mən heç nə satmamışam, əksinə, özümə yeni ev tikdirirəm.

- Sağlığınıza qismət olsun. Bir ara, adınız vergi ödəməynlər sıyahısında yer almışdı, ödədiniz borcunuzu?

- Əvvəllər vergi borcum olub, amma indi heç yerə borcum yoxdur.

- Cəriməniz olanda, vaxtında ödəyirsiniz, yoxsa?

- Bir də görürəm, cəriməm var, iki ay keçir, üst-üstə yığılır, dərhal aparıb ödəyirəm. Onsuz da əvvəl-axır bu cəriməni mən ödəyəcəyəm, gecikdirməyin, qaçmağın nə mənası var. Başqası mənim yerimə gedib, borc ödəməyəcək ki…

- İndiyə qədər ödədiyiniz ən böyük cərimə məbləği nə qədər olub?

- 2200 manat. Amma arada 200, 300, 400 manat ödədiyim cərimələr də olub.

- Maraqlıdır, bəs ən çox nəyə pul xərcləyirsiniz?

- Geyimə və istirahətimə.

- Qızlarınız necədir, tez-tez sosial şəbəkədə fotolarını paylaşırsız?

- Böyüyürlər. Məryəmin 10, Nurayın 8 yaşı var.

- Sərt atasız?

- Mülayim və yumşaq xasiyyətli atayam. Amma bir baxışım yetər ki, qızlarım sözlərini götürsünlər. Dərhal məni başa düşürlər.

- Kiçik olsalar da, onlara müəyyən qadağalarınız varmı?

- Mütləq. Amma çalışıram qızlarımı sözlə başa salım, nəyin pis, nəyin yaxşı olduğunu anladım.

- Hər kaprizlərinə dözürsünüzmü?

- Çalışıram, istədiklərini maksimum dərəcədə yerinə yetirim, amma istəmirəm şmarmasınlar, özlərindən çıxsınlar.

- Qızların tərbiyəsi ilə daha çox kim məşğul olur, siz, yoxsa, anası?

- Daha çox anası. Amma mən də köməkçi oluram. Çünki ana şəfqətli olur, bu da övladın bir qədər şmarmasına gətirib çıxarır. Ata sözü həmişə kəsərli olur.

- Bəs xanımınıza qarşı necə, mühafizəkarsınız? Məsələn, geyiminə qarışırsınız?

- Mühafizəkaram, amma geyim məsələsinə qarışmıram. Çünki, həyat yoldaşım zövqlü qadındır və geyimində heç vaxt qüsur görməmişəm.

- Bəs hansı məqamlarda mühafizəkar olursunuz?

- İstəyirəm ailəm heç kimə möhtac olmasın. Ürəkləri istəyəni alıram, yüksək səviyyədə onları təmin edirəm. Qızlarımı küçədə-bayırda, məhəllədə oynamağa qoymuram. Deyirəm, evdə oynasınlar.

- Sürpriz etməyi xoşlayırsız?

- Sevgisi içində olan adamam. Çox vaxt büruzə vermirəm. Amma xanımıma arada sürprizlər edirəm.

- Həyatda ən çox nəyi itirməkdən qorxmusunuz?

- Ailəmin etibarını və insanların sevgisini itirməkdən. Şükür Allaha, hələ ki, bunları qoruyub saxlamışam.

- Səhviniz olanda etiraf etməyi xoşlayırsız?

- Səhvlərimi birinci özüm-özümə etiraf edirəm. Allahdan bağışlanmağımı istəyirəm. İnsanıq, səhvlər həmişə olur. Amma gərək insan özü-özü ilə hesab aparsın və etdiyi səhvləri bir də təkrarlamasın.

- Bir çox həmkarlarınız özlərinə biznes açıb. Bəs siz?

- Hələ ki, yoxdur. Amma nə vaxtsa biznes fəaliyyəti barədə düşünürəm. Hələ ki qazanc yerim sənətimdir.

Cəvahir

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Qarabağ" -"Roma" oyunun hakimləri açıqlandı

25 Sentyabr 2017 13:59

"Göztəpə"-dən növbəti inamlı qələbə

25 Sentyabr 2017 13:59

"Topaz" şirkəti "Abşeron" yatağının işlənməsində iştirak edəcək

25 Sentyabr 2017 13:57

"Azərbaycan İraqın şimalındakı referenduma qarşıdır” - Allahşükür Paşazadə

25 Sentyabr 2017 13:54

Mark Zukerberq “Facebook”un hissələrini satır: ÖRNƏK OLACAQ SƏBƏB

25 Sentyabr 2017 13:53

Almaniyada 12 ildir dəyişməyən hakimiyyət - Angela Merkelə alternativ tapılmır?!

25 Sentyabr 2017 13:52

Yadplanetlilərin tikdiyi deyilən piramidaların sirri ortaya çıxdı - FOTOLAR

25 Sentyabr 2017 13:48

Orxan Sadıqlını meydan qovan hakim "Qarabağ" üçün gəlir

25 Sentyabr 2017 13:47

Yevlaxda silahlı insident olub

25 Sentyabr 2017 13:47

Rusiyada dünya çempionunu öldürən Anar barədə POLİSDƏN GÖZLƏNİLMƏZ ADDIM - VİDEO

25 Sentyabr 2017 13:43

Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki

25 Sentyabr 2017 13:40

Hər səhər acqarına bir stəkan için

25 Sentyabr 2017 13:35

İngiltərədə imama hücum etdilər

25 Sentyabr 2017 13:33

Bu həftə ABŞ dollarının məzənnəsinə təsir edəcək açıqlamalar gözlənilir

25 Sentyabr 2017 13:32

Gürcüstanın Borjomi bölgəsində yanğın lokallaşdırılıb

25 Sentyabr 2017 13:32

Gəncədə avtomobil qadını ərinin gözləri qarşısında vuraraq öldürüb

25 Sentyabr 2017 13:32

"Fənərbaxça"- "Beşiktaş" oyununun hakiminə AĞIR CƏZA

25 Sentyabr 2017 13:29

"Windows" istifadəçilərinə xəbərdarlıq edildi

25 Sentyabr 2017 13:29

UEFA "Qarabağ" - "Roma" oyununa təyinatları açıqladı

25 Sentyabr 2017 13:27

Tehrandan kürd muxtariyyətinə ZƏRBƏ

25 Sentyabr 2017 13:23

Yevlaxda xəstəxanaya düşən şəxsin narkotik oğurlayarkən güllələndiyi məlum olub

25 Sentyabr 2017 13:22

Hindistanda fabrikdə yanğın olub, 8 ölü, 25 yaralı var

25 Sentyabr 2017 13:22

ATƏT PA-nın rəsmisi məcburi köçkünlərlə görüşüb

25 Sentyabr 2017 13:19

Yaşlanma və qırışlar əleyhinə ən yaxşı 4 İÇKİ

25 Sentyabr 2017 13:18

"Qarabağ" - "Roma" matçının hakimləri açıqlanıb

25 Sentyabr 2017 13:17

AFFA "Bakılı" və "Şahdağ"la bağlı qərar verdi

25 Sentyabr 2017 13:17

"Qalatasaray" gözlənilməz dönüş etdi

25 Sentyabr 2017 13:17

Sürücü maşınla divar arasında qalıb öldü - ABŞERONDA

25 Sentyabr 2017 13:14

Nasist partiya parlamentdə

25 Sentyabr 2017 13:14

“Artıq zəmin hazırlanıb” - Ankaradan müharibə XƏBƏRDARLIĞI

25 Sentyabr 2017 13:13

Rusiyanın ən kriminal regionları açıqlanıb

25 Sentyabr 2017 13:07

Faiq Ağayevdən sərt reaksiya

25 Sentyabr 2017 13:06

Allahşükür Paşazadə İstanbulda - FOTO

25 Sentyabr 2017 13:04

Ömürlük məhbusların şərti azadlığa buraxılması üçün YENİ QAYDA

25 Sentyabr 2017 13:03

Bakı Ali Neft Məktəbinin 18 məzunu “Azneft”də işlə təmin edilib

25 Sentyabr 2017 13:02

Ailəsini qətl edən şəxs: "Sanki özüm deyildim"

25 Sentyabr 2017 12:59

XƏBƏRDARLIQ: Temperatur bir qədər də enəcək

25 Sentyabr 2017 12:59

30 nəfəri öldürüb yeyən ƏR-ARVAD ƏLƏ KEÇDİ: 18 illik cinayətin DƏHŞƏTLİ DETALLARI

25 Sentyabr 2017 12:58

Türkiyə XİN ölkə vətəndaşlarını İraqın şimalını tərk etməyə çağırıb

25 Sentyabr 2017 12:57

Türkiyənin baş naziri: “Referendum”un barış və sabitliyə heç bir təsiri olmayacaq”

25 Sentyabr 2017 12:57

Azərbaycan Mərkəzi Bankı 100 mln. manat cəlb edib

25 Sentyabr 2017 12:57

Bərdədə 6 yaşlı uşaq poliklinikada ölüb

25 Sentyabr 2017 12:57

Ermənistanda rus dili xarici dil statusu alıb

25 Sentyabr 2017 12:57

Azərbaycanda narkomanlar həbs edilməyəcək

25 Sentyabr 2017 12:53

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir

25 Sentyabr 2017 12:52

Azərbaycan Premyer Liqasında mövsümün ilk və 50-ci qollarının müəllifi eyni futbolçu olub

25 Sentyabr 2017 12:52

Bakıda müğənninin qətl törətməkdə təqsirləndirilən atasının məhkəmə istintaqı başa çatıb

25 Sentyabr 2017 12:52

Ömürlük məhbuslara güzəşt tətbiq ediləcək - AZƏRBAYCANDA

25 Sentyabr 2017 12:49

Çində yanğın dəhşəti: 11 nəfər öldü

25 Sentyabr 2017 12:48

“CinemaPlus”da Azərbaycan Gənclər Film Festivalı keçiriləcək

25 Sentyabr 2017 12:47