Leyla Şıxlinskayanın 30 minlik brilyantı oğurlandı

Leyla Şıxlinskayanın 30 minlik brilyantı oğurlandı
19:31 7 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı şəhər sakininə qarşı dələduzluq edilib.

Axşam.az-ın Report-a istinadən xəbərinə görə, 1955-ci il təvəllüdlü Leyla Fərruxovna Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin noyabr ayında və carı ilin sentyabr ayında Gülşən adlı şəxs onu aldadaraq 10 min manat pulunu və dəyəri 30 min ABŞ dollar olan brilyant qaşlı üzüyünü alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

“Qafqazinfo” dəqiqləşdirib ki, dələduzluğa məruz qalan qadın məhz eyniadlı klinikanın rəhbəri, məşhur baş həkim Leyla Şıxlinskayadır. O, hüquq-mühafizə orqanlarına müraciət edərək üzüyünün əlindən alındığını bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR