Rusiyanın Nyu-Yorkdakı konsulluğunun növbətçi komendantının başından zədələnmiş meyiti tapılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə Nyu-York şəhər polis idarəsinin nümayəndəsi Con Devis bildirib.
Nyu-York polisi insidentin təfərrüatlarını araşdırır.
Meyit baş konsulluğun ərazisində aşkarlanıb.
İstintaqın ilkin nəticələrinin bu həftə ərzində açıqlanacağı gözlənilir.
Milli.Az