"Azərbaycanda kişilər və qadınlar qorxa-qorxa sevişirlər" - Mehriban Xanlarova

"Azərbaycanda kişilər və qadınlar qorxa-qorxa sevişirlər" - Mehriban Xanlarova
17:17 10 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarovanın azxeber.com-a müsahibəsini təqdim edir.

- Mehriban xanım, sənət işləriniz necə gedir?

- Dünən uşaq tamaşası oynamışam. "Aldanmış ulduzlar". Bunu hamı bilir ki, mən orada keçi obrazındayam. Sevə-sevə də oynadığım obrazdı, çünki mən körpələri çox sevirəm. Bu ay başqa tamaşam yoxdur.

- Peşəkar aktrisa kimi hər iki sahədə uğurlarınız var. Müqayisədə teatr, yoxsa kinonu seçərdiniz?

- Özümə şanslı aktrisa deyə bilərəm ki, sənətə filmlə, əsas da baş rolla gəlmişəm. Bu Moskvanın göstərişi ilə çəkilən "Sarıköynək və Valehin nağılı"nda Sarıköynək obrazı olub. Elə həmin il də "ADMİU"ya qəbul oldum. Universitetdə oxuyanda yenə də Moskvanın təsdiqi ilə çəkilən ikinci filmdə baş rolda oynadım. Şahmar Ələkbərovun "Sahilsiz gecə" filmində də Zibeydə rolunu oynadım. Bu filmdən sonra mənə rejissorlar tərəfindən çox müraciətlər oldu. Ona görə kino mənə daha doğmadır.

1998-ci ildən teatrda işləyirəm. Teatr fərqlidir. Burada hər şey bir dəfəyə olur. Filmdə hər hansı səhvi düzəltmək üçün iki-üç dubl çəkmək mümkündür. Amma teatr səhvi bağışlamır. Bəzən də səhnədə aktyor həmkarın sənin səhv etdiyini görəndə tez bunun qarşısını alır, heç tamaşaçı bunu hiss etmir. Hər iki sahə çətindir. Əsas odur ki, sevgi ilə yanaşmağı bacarasan. Kiminsə yerini tutmayasan.

- Aktyor, aktrisa olmayan insanların seriallara, filmlərə çəkilməsinə necə baxırsız?

- Bu gün əksər aktyor, aktrisalar səhnədən, ekrandan kənardadır. Çünki müğənnilər, aparıcılar rol oynayırlar. Mənim aktyor, aktrisa yoldaşlarım bu barədə səsərini çıxarmır. Tək mən danışanda da elə bilirlər ki, mən kiməsə paxıllıq edirəm. Mən niyə paxıllıq edim? Özümə görə sevilirəm, adım sanım var. Heç vaxt efirdə çıxıb "mənəm-mənəm" deməmişəm. Əslində, sənətim də var, "vidim-fasonum" da. "Mən-mən" deyən aktrisalara "5" çəkərəm! Məni görən insanlar tez-tez soruşur ki, "Mehriban xanım, seriallarda niyə yoxsuz?" Ona görə də mən səsimi çıxaranda deyirlər, paxıllıq eləyir.

Ona görə də hər kəs deyir ki, bu gün Azərbaycanda serial çəkilmir. Belə olanda mənim sözüm olmur. İndən belə çəkilməsəm də teatrım var, teatrda oynayıram. Şükür. Qoy rejissorlar mənə yalvarsınlar, mən niyə onların ayağına getməliyəm.

- Seriallara baxırsız?

- Heç birinə baxmıram. Ancaq rus və türk seriallarına baxıram. Artıq Rusiyanın köhnə kinolarına keçmişəm, onları izləyirəm.

- Filmlərimizdə ən problemli məqamlardan biri də sevişmə səhnələrinin azlığıdır..

- Bilirsiz niyə? Çünki seriallarımızda, Azərbaycanda kişilər və qadınlar qorxa-qorxa sevişirlər. Mentalitetdən çəkinirlər. Biz mentalitetdən danışırıq, amma xarici seriallara baxan bizim kişilərin yadına mentalitet düşmür. Amma biz onu eləsək, lap elə ürəkdən qucaqlaşsaq da, mentalitetə yaraşmayan bir şey olur.

- Deyəsən, "Təhminə və Zaur" filmində Təhminə roluna siz çəkiləcəkdiniz...

- Bəli. Məşqlərdə Fəxrəddinlə mən idim. Sonra bilmədim nə səbəbə Meral Konrat gətirildi. Bir də ayıldım ki, o çəkilir. Rasim Ocaqov idi rejissor. Görün indi bizimkilər Meral Konrata bir söz dedilər? Amma mən çəkilsəydim, o səhnədə mən olsaydım, görün nə olardı. Vay dədə, vay! Dünyada söz qalmazdı mənə qoşmadıqları. Səmimiyyətimə inanın. Ona görə də deyirəm ki, bizim sənət həm gözəldir, həm də çox qorxuludur.

- Bu yaxınlarda sizin səhnə yoldaşınız xalq artisti Fuad Poladov AzDramadan getdi. Sizcə, düzmü elədi?

- Yox. Çünki elə aktyorlar çox azdır. Onlardan da biri Fuad Poladov idi. Gərək getməyəydi. Amma o, elə sənətkardı ki, şəxsən mən ona müdaxilə edə bilmərəm. Mən srağagün "Aktrisa" filminə baxdım. Fuad Poladovun oradakı oyunu mənə dəhşət ləzzət elədi. Mən deyərdim ki, o filmə onun oyununa görə baxmaq olar. Nədənsə biz yaxşı sənətkarlarımızı get-gedə itiririk. Artıq özümüz-özümüzə də dəyər vermirik.

- Flora Kərimova Zeynəb Xanlarova ilə bağlı xoşagəlməz sözlər demişdi. Siz də bu qalmaqalda Zeynəb xanımı müdafiə etmişdiniz. Sizcə, bu qalmaqal nədən qaynaqlanmışdı?

- Mən çox sərt cavab vermişdim. Mən sənətkar kimi Flora xanımı çox istəyirdim. Birdən birə onun belə sözlər deməsi mənə çox pis təsir elədi. Həmin dəqiqə də mən cavab verdim, sonra heç nə demədim. Amma niyə belə eləyib, onu bilmirəm. Kimin fətvasına getdi... Flora xanım da ağılsız qadın deyil. Amma niyə bunu elədi? İlhamə qurtardı, Zeynəbəmi keçdi? Başa düşmədim. Görürsünüzmü Zeynəb xanım necə ağıllı qadındır. Heç bir cavab vermədi. Ən gözəli susmaqdır. Düzdür, mən onun qardaşı qızıyam deyə dözə bilmədim, cavab verdim. Mən peşman deyiləm bundan. Yenə kimsə Zeynəb xanıma artıq söz desə, yenə cavabını verəcəyəm.

- Mətbuatda sizin bir şəxslə kəbin kağızınızın olduğu barədə məlumatlar var idi. Bu məsələ necə sonlandı?

Allah tərəfi o adamın cəzası verildi. Bu qədər pisliyin qarşısında o adamın tutulması üçün ərizə yazmamışdım. O, Azərbaycan xalqı qarşısında üzr istədi ki, "Mən Mehriban xanıma şər atmışam". Bəzi insanlar cahildir. Ona inanırdılar. Hansı ki, cibində 20 qəpiyi də olmayan adam idi. Allah hər kəsi şərdən uzaq eləsin. Mən çox dostcanlı adamam. Gecə saat 3-də zəg eləsən, qaça-qaça gələrəm köməyə. Amma namərdlər çoxdur. Amma mən o namərd insanlara yaxşılıqla cavab vermişəm. Amma mən düz sözü deyəndə mənə dəli də deyiblər, həyasız da deyiblər bazar arvadı da deyiblər. Amma o insanlar öz keçmişlərinə baxsınlar ki, əqrəbalarında kimlər var.

- Öz övladınız olmayıb, eləmi?

- Bəli. 21 yaşında bacım rəhmətə gedib. Bacımın 3 yaşlı qızını mən saxlamışam. Artıq 4-cü nəvəm olacaq.

- Belə söhbətlər gəzir ki, qızınız boşanıb. Doğrudur?

- Xeyr. Elə bir şey yoxdur. Ağ yalandır. Çalışacam o ailə sona qədər ayaqda dursun.

- Son olaraq nə demək istərdiz.

- Sizə təşəkkür edirəm.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qətər Suriya hakimiyyətinə çağırış etdi

23 Sentyabr 2017 01:00

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır

22 Sentyabr 2017 23:21

Avropanın iki ölkəsi arasında sərhəd mübahisəsi yenidən gərginləşdi

22 Sentyabr 2017 23:13

Tovuzda doğuş zamanı körpə ölüb

22 Sentyabr 2017 23:12

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53

"Qarabağ" "Sumqayıt"ı peşman etdi - VİDEO

22 Sentyabr 2017 22:47

Ruhani ABŞ-ı hədələdi -

22 Sentyabr 2017 22:44

İlham Əliyev milli komandanın voleybol üzrə Avropa çempionatındakı oyununu izləyib

22 Sentyabr 2017 22:42

Bu tarixi abidəni 300 milyon insan ziyarət edib

22 Sentyabr 2017 22:38

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin müharibə ritorikası münaqişənin tənzimlənməsi üzrə konstruktiv yanaşmaya niyyətli olmadığını göstərir"

22 Sentyabr 2017 22:32

Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - FOTOLAR

22 Sentyabr 2017 22:28

Ankarada referendumla bağlı hansı qərarlar qəbul edildi? -

22 Sentyabr 2017 22:25

Trampla Ərdoğan razılığa gəlib -

22 Sentyabr 2017 22:15

Ağcabədidə ev əşyaları ilə birgə yandı

22 Sentyabr 2017 22:09

Hindistan Pakistana hücum etdi -

22 Sentyabr 2017 22:00

Abşeronda qonşular arasında - Qanlı dava

22 Sentyabr 2017 21:58

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib

22 Sentyabr 2017 21:57

Samir Abasov: "Səhvlərinə görə cavab verəcək"

22 Sentyabr 2017 21:47

Məşhur modelin sinəsi gündəm oldu - FOTOLAR

22 Sentyabr 2017 21:43

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

22 Sentyabr 2017 21:37

Qurban Qurbanov: "Bu gecə Romaya uçuram"

22 Sentyabr 2017 21:37

Donald Tramp -

22 Sentyabr 2017 21:35

Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

22 Sentyabr 2017 21:28

Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"

22 Sentyabr 2017 21:22

Türkiyə sahillərində gəmi batdı -

22 Sentyabr 2017 21:15

40 yaşlı qadını ilan sancdı - Şəkidə

22 Sentyabr 2017 21:14