Braziliya Argentinanı darmadağın etdi - VİDEO

Braziliya Argentinanı darmadağın etdi - VİDEO
19:43 11 Noyabr 2016
145 İdman
Ölkə mətbuatı
A- A+

Cənubi Amerikada DÇ-2018-in seçmə mərhələsində 11-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Braziliya ilə Argentina arasında olub. Neymarın liderlik etdiyi Braziliya Messili Argentinanı rüsvay edib - 3:0.

Messi qarşılaşmada heç nə ilə yadda qalmayıb. Neymar isə qələbədə böyük pay sahibi olub. O, bir qol vurub, bir qol ötürməsi edib.

Turun digər qarşılaşmaları belə nəticələnib:

Kolumbiya - Çili 0:0

Uruqvay - Ekvador 2:1

Paraqvay - Peru 1:4

Venesuela - Boliviya 5:0

Turnir cədvəlinə 24 xal toplayan Braziliya başçılıq edir. Argentina 16 xalla 6-cı pillədə qərarlaşıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR