Piylənmə hansı xəstəliklərə yol aça bilər?

Piylənmə hansı xəstəliklərə yol aça bilər?
10:54 12 Noyabr 2016
87 Digər
Ölkə mətbuatı
A- A+

Bütün dünyada olduğu kimi, Azərbaycanda piylənmədən əziyyət çəkənlərin sayı ildən-ilə artır. Son illərdə yaşlı və gənc nəsil ilə yanaşı, uşaqlar arasında da piylənmə geniş yayılıb.
 
Bunu “Sosium” proqramının qonağı, həkim-dietoloq Leyla Zülfüqarova deyib. Onun sözlərinə görə, genetik modifikasiya olunmuş məhsulların geniş yayılması və qeyri-düzgün qidalanma inkişaf etmiş ölkələr ilə yanaşı, Azərbaycanda da gənc nəsil və uşaqlar arasında piylənmənin sürətlə yayılmasına gətirib çıxarıb: “İllərlə bizim formalaşan sterotipimiz var. Köhnə nəsil bu steroripi davam etdirərək gənc nəsilə ötürür. Bu nədir? Biz bol karbohidratla, həddindən artıq şirniyyatla qidalanırıq.  Soyuq havalar düşəndə deyirik ki, düşbərə və xəngəl havası gəldi. Və yaxud ikinci həssa məqam odur ki, şirinçayla uşaqlarımızı qidalandırırıq. Uşaq vaxtından övladlarımızı şirinçaya öyrədirik, sonradan konfet, şokolad və marmaladlara öyrəşdiririk. Sonradan uşaqlar davamlı şəkildə bunu bizdən tələb edir. Bütün bunlar ən böyük səhvlərdir. Bununla da biz gənc nəsilə problemlərin ötürülməsinə gətirib çıxarır”.
 
Həkim-dietoloq qeyd edib ki, məhz bu səbəbdən də ötən illə müqayisədə bu il piylənmədən əziyyət çəkən uşaqların sayı iki dəfə artıb və yaş göstəricisi kiçilib: “Məsələn, əvvəllər ikincili cinsi yetişkənlik dövründə, yəni qızlarda 8 yaşından, oğlanlarda 12 yaşından sonra piylənmə başlayırdısa, artıq 4-5 yaşında olan uşaqlar piylənmədən əziyyət çəkir. Hətta 1-2 yaşında olan uşaqlarda piylənmə ilə bağlı müraciətlər daxil olmağa başlayıb”.
 
Onun sözlərinə görə, piylənmə insan orqanizmində hormonol sistemdə problemlərin əmələ gəlməsi və müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir. “Düzgün qidalanmama nəticəsində uşaqların cinsi yetişkənliyə qədəm qoymaları dövrü çətinləşir ki, bununla da hormonal sistemdə dəyişiklik müşahidə edirik. Bu sonradan genetipin dəyişməsinə səbəb olur”.
 
Ümumdünya Səhiyyə təşkilatının hesabatına görə, piylənmənin 3 dərəcəsinin olduğunu deyən L.Zülfüqarova vurğulayıb ki, ölkə üzün xarakterik olan piylənmə göstəriciləri çox yüksəkdir: “Piylənməyə səbəb olan çəki indeksini hesablayırıq. Çəki indeksi 30-dan yuxarıdırsa, bu, artıq piylənmə xəstəliyi kimi qiymətləndirir. Bizim ölkə üçün xarakterik piylənmə göstəriciləri olduqca yüksəkdir. Simvolik olaraq desək, biz sanki, piylənmənin 4-cü və ya 5-ci dərəcəsini kəşf etmişik. Çəki indeksi 45 olan üçüncü dərəcəli piylənmə göstricisidir. Bizdə 45 yaşdan yuxarı xanımların əksəriyyətinin çəkin indeksi 50-yə bərabərdir. Hətta çəki indeksi, 70 və 80-ə bərabər olanlar var”.   
 
Həkim-dietoloq əlavə edib ki, qeyri-düzgün qidalanma piylənməyə gətirib çıxarır ki, bu da metobolik, endokrin sistemi xəstəliklərinin, zob, şəkərli diabet və ürək-qan damarı sistemi xəstəliklərinin yaranması ilə nəticələnir.
 
L.Zülfüqarova bildirib ki, sağlam jhəyat tərzi sürmək üçün qidalanma proqramında dəyişikliklər edilməli və islahatlar aparılmalıdır. Həkim-dietoloq bəsit karbohidrat qrupunun əvəzinə mürəkkəb karbohidrat qrupu verməyi tövsiyə edir: “Bir bardaq şirinçay əvəzinə uşaqlara iki ədəd meyvə verə bilərik. Biz şirinçayla sadəcə qlükoza alırıq, amma meyvələrlə müxtəlif vitaminlər qəbul edirik. Məsələn, səhər çayı quru meyvələrlə içmək daha məqsədəuyğundur. Biz səhər çay ilə qəhvəaltı etməyə öyrəşmişik. Bu zaman şəkər tozu yox, daha orqaniq olan, orqanizm üçün xeyirli bal, doşabdan istifadə etmək lazımdır. Birinci hansısa yeni qidalara müraciət etməməli, səhv qidalanmanı aradan qaldırmalıyıq”.       
 
L.Zülfüqarova müxtəlif pəhrizlərdən kortəbii istifadənin əleyhinədir. Onun fikrincə, həkim məsləhəti olmadan müxtəlif pəhrizlərdən istfadə yolverilməzdir. Həkim-dietoloq deyib ki, pəhriz hər bir şəxs üçün fərdi qaydada tərtib edilməlidir. L.Zülfüqarova düzgün qidalanma üçün 5 vacim amilə əməl etməyi məsləhət göürür:  
 
“Əgər biz 5 səhvi aradan qaldırsaq, düzgün bəslənmə mümkün ola bilər. Birincisi, biz bəzən səhər qəhvəaltısı etmirik. Bu, yalnış addımdır. Mütləq səhər qəhvəaltı edilməlidir. Səhər pendir, jem və ya mürrəbə yeyə bilərik. Tünd rəngli, oürrəngi çay qəbulu məsləhət deyil. Çünki, tünd çay damarların kirəcləşməsinə səbəb olur. Bunun əvəzində bitki çaylarından istifadə daha məqsədəuyğun sayılır. Səhər yeməyi zamanı kərə yağından istifadə edə bilərik. İkincisi, biz bir çox hallarda kərə yağını əridib yemək bişirərkən istifadə edirik ki, bu da yolverilmzdir. Çünki, kərə yağı əridiləndə orqanizm üçün lazıım olan amin turşuları yanır. Ərinmiş kərə yağının istifadəsi ilə bədənə toksiki zərər vurmuş oluruq. Üçüncü ən ciddi səhv qida qəbulundan dərhal sonra çay içməkdir. Əslində qidadan yalnız 1 saat sonra çay içmək olar. Qidadan dərhal sonra çayın qəbulu ilə bədənin drenaj sistemində əngəllər yaradırıq. Dürdüncü səhv odur ki, biz gün ərzində mayeni az qəbul edirik. Burada söhbət çiy sudan gedir. Beşincisi, meyvə və tərəvəzi axşam qəbul etməməli, yeməkləri qarışdırmamalıyıq”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR