Türkiyənin Suriya ərazisində həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının növbəti mərhələsi başlayıb.
Publika.az xəbər verir ki, dünən gecə saatlarında Türkiyə
ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusu Əl-Bab şəhərini
İŞİD-dən təmizləməyə başlayıb.
Əməliyyatın əsas səbəbi kimi PKK terror təşkilatının Suriya qolu
olan PYD-nin silahlı qanadı YPG-nin Əl-Baba yaxınlaşması
göstərilir. Artıq 6 kəndin İŞİD-dən geri alındığı bildirilir. Azad
Suriya Ordusunun birlikləri Əl-Bab şəhərinin 2 km yaxınlığında
yerləşiblər.