Onun əl işi Azərbaycanda ilkdir - fotolar

Onun əl işi Azərbaycanda ilkdir - fotolar
22:56 13 Noyabr 2016
519 Şou
Ölkə mətbuatı
A- A+

20 yaşlı qızın qeyri-adi əl qabiliyyəti hamını təəccübləndirir.

Axşam.az-ın məlumatına görə, İnşaat və Memarlıq Universitetinin 4-cü kurs tələbəsi Elvina Kərimova müxtəlif əl işləri ilə ölkəmizdə bir çox insanların, eləcə də məşhurların marağına səbəb olub.
 
Sumqayıtda doğulub, boya-başa çatan Elvina qəhvə ilə gözəl əsərlər yaradır. Amma onun bacarığı bununla bitmir. 20 yaşlı gənc eyni zamanda geyimlər üzərinə istənilən şəkli həkk edə, müxtəlif karikatura, portret və s. çəkmək kimi bacarıqlara da malikdir.

Özünü ebru sənətində sınayan gənc tələbə deyir ki, şəkil çəkməyə o, hələ beş yaşından başlayıb. Elvinanın sözlərinə görə, valideynləri onun başqa bir sənətlə məşğul olmağını istəsələr də, amma sonda o, istəyinə nail olub.

Gənc rəssamın əl işlərini də təqdim edirik:










Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR