"Altın Kelebek" mükafatlandırma gecəsində baş verənlər Türkiyə mediasının gündəmini zəbt edib.
Axşam.az-ın məlumatına görə, dünən Müge Anlıya "ən yaxşı aparıcı" mükafatını Erkan Yolaç təqdim edib. Həmin zaman aktrisa Banu Alkanın fanatlarından biri səhnəyə qaçaraq canlı yayımda qışqırıb.
O, "türk dünyasının ən gözəl qadınını axtarıram. Baxıram, zalda gözəl qadın görə bilmirəm. Banu Alkanı tapa bilmirəm" deyərək qarışıqlıq yaradıb. Aparıcı Okan Bayülgen onunla söhbət edərək gərginliyi azaldıb.
Canlı yayımda fasilə verildikdən sonra mərasim davam etdirilib.