Qışda belə papaqlar dəbdə olacaq - FOTO

Qışda belə papaqlar dəbdə olacaq - FOTO
23:12 14 Noyabr 2016
515 Maraqlı
Ölkə mətbuatı
A- A+

Zərifliyin, gözəlliyin, dəbin bir parçası olan papaq modelləri bu il də göz qamaşdırır. Milli.Az lent.az-a istinadən 2016/17-ci illərin qış papaq modellərini təqdim edir.

Toxunma papaq modelləri: Qış aylarında ən çox beret papaqlardan istifadə olunur. Bu qış toxunma beret modelləri ilə küçə stili şıklığını tamamlayacaq və bütün baxışları üzərinizə toplayacaqsınız.

Şlyapa papaqlar: Qış aylarında önəmli bir trendin parçası olacaq. Hər rəngdə şlyapa papaq modeli tapmaq da mümkündür, amma əsasən qara, boz, dəvə rəngi, qəhvə tonları qadınların sevimlisidir.

Fransız beretlər: Qış papaq modelləri sırasında ən çox diqqət çəkən fransız beretlərlə bütün görünüşünüzü dəyişə, şık bir görüntüyə sahib ola bilərsiniz.

Kürk papaqlar: Kürk papaq modelləri bu il bütün dünyaya yayılacaq. Soyuq qış günlərində sizi isidəcək bu papaqlarla şıqlığınıza şıqlıq qata bilərsiniz. Diqqət çəkən olduğu üçün sadə geyimlərlə kombinə edin.

Kepkalar və idman papaqları: Həm şıq bir görünüş qazanmaq, həm də gündəlik rahatlıqla istifadə etmək üçün dizayn edilən bu papaqlar mövsümün küçə stillərinə öndə yer tapmağa hazırlaşır.

Tüllü beretler: Bu qış tüllər sadə beretlərlə hərəkət qazanacaq. Bütün şıqlığı ilə beretin rahat və idman halını birləşdirən bu parçalar gündəlik kombinlərinizə xoş bir toxunuş edəcək.

Fərqli papaqlar: Papaqları daha sevimli və əyləncəli hala gətirməyin ən gözəl yolu ona hərəkətlilik qatmaqdır. Fərqli stildə papaqla getdiyiniz ziyafətin ən öndə qonağı olacaqsınız.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/488597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR