Rusiyalı müğənni Qriqoriy Lepsin Bakı konsertində dəyişiklik olub.
Axşam.az-ın məlumatına görə, ifaçının iki gün baş tutması planlaşdırılan konserti bir gün olacaq. Belə ki, noyabrın 17-dəki tədbir təxirə salınıb.
Qriqoriy Leps yalnız bir gün – noyabrın 18-də Heydər Əliyev Sarayında çıxış edəcək. "The best" adlı gecədə ifaçı sevilən mahnılarını səsləndirəcək.