2016-cı ilin ən cazibədar kişisi seçildi - FOTO

2016-cı ilin ən cazibədar kişisi seçildi - FOTO
22:32 15 Noyabr 2016
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hollivud aktyoru və bodibilder Dueyn "Rok" Conson hazırda yaşayan kişilər arasında ən cazibədarı seçilib.

44 yaşlı aktyor "People" jurnalının "Sexiest Men Alive 2016" reytinqinin lideridir.

Milli.Az bildirir ki, bu barədə juranlın saytında məlumat verilir.

"Dedim ki, əladır. Deyəsən, zirvəyə çatmışam. Bundan sonra nə edəcəyimi bilmirəm", - Dueyn Conson deyib.

"Qaya" ləqəbli Consonun dediyinə görə, dərisinə ciddi qulluq edir və pilinqlə məşğul olur.

Aktyor və sabiq restler bu gün "The Ellen DeGeneres Show"nun qonağı olub. O, teleaparıcı Ellen DeCenerisə "People"dakı debütü barədə danışıb.

Conson 9 ildən bəri Loren Heşianla qeyri-rəsmi nikahda yaşayır. Onların ötən il Jasmin adlı qızları doğulub.

Consonun 2007-ci ildə boşandığı Deni Qarsiya ilə izdivacdan 15 yaşlı qızı da var.

Ötən il "People"un "Sexiest Men Alive" reytinqinə futbolçu Devid Bekhem, 2014-cü ildə isə aktyor Kris Hemsvort başçılıq etmişdi.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/489758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR