Ərdoğanın nəvələri də bu serialı izləyirmiş

11:01 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT World"ün təqdimat mərasiminə qatılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, "Altın Kelebek"də "Diriliş Ertuğrul" serialının heyətinə qarşı edilən hörmətsizlik barədə danışıb:

"Diriliş Ertuğrul"un mükafatını xalq verdi. Bir az əvvəl serialın yaradıcı və rəhbər heyətinə də bunu dedim. Onların o şəkildə dəyərləndirməsinə fikir verməyin. Bu millət sizi bağrına basıb. Onlar bunu etsə, nə olacaq ki? Onların orada verdikləri formal mükafat önəmli deyil. Önəmli odur ki, xaqlın könlünü qazanmısınız. Əsl mükafat budur.

Mənim nəvələrim də sizin hər seriyanızı izləyirlər. Həmin bəy sizi izləməyib, imkan taparsa izləyəcəkmiş. (gecənin aparıcısı Okan Bayülgen nəzərdə tutulur-red.)

Qeyd edək ki, mükafatlandırma gecəsində "ilin ən yaxşı serialı" seçilən "Diriliş Ertuğrul" heyətinə təşəkkür üçün söz verilməmişdi. Buna görə də serial heyəti sosial mediada tənqidlər yazmış və aldıqları mükafatı geri qaytarmışdılar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR