“Sınıq Körpü” gömrük postu gücləndirilmiş iş rejiminə keçib

“Sınıq Körpü” gömrük postu gücləndirilmiş iş rejiminə keçib
11:57 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Gürcüstanla Rusiya arasındakı magistral yolda əlverişsiz hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələri və avtobusların hərəkəti qadağan edilib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, Gürcüstan ərazisindən keçərək Rusiyaya gedən bu qəbildən avtomobillərin təyinat nöqtələrinə çatması üçün Azərbaycan ərazisindən keçəcəyi və müəyyən sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postu qabaqlayıcı tədbir kimi gücləndirilmiş iş rejiminə keçib.
Hələlik gömrük postunda heç bir sıxlıq müşahidə olunmur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR