Berti Foqts ABŞ millisindən də qovulur

Berti Foqts ABŞ millisindən də qovulur
12:17 17 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ millisinin baş məşqçisi Yürgen Klinsmann tezliklə istefaya göndəriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna yığmanın son oyunlardakı uğursuz çıxışları səbəb olub. Federasiya rəhbərliyi DÇ-2018-in seçmə mərhələsində Kosta-Rika millisinə məğlubiyyətdən sonra (4:0) 52 yaşlı mütəxəssisi istefaya göndərmək qərarına gəlib.

Qeyd edək ki, futbol üzrə milli komandamızın sabiq çalışdırıcısı Berti Foqts da hazırda ABŞ yığmasında Klinsmannın məsləhətçisi vəzifəsində çalışır. Yürgenlə bərabər Foqts da işindən qovulacaq.

Xatırladaq ki, Berti Foqts 2008-14-cü illərdə millimizinin "sükanı arxası"nda olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR