Bakıda və Masallıda yanğın olub

03:57 6 Yanvar 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 03:51 ]

Bakı – APA. Bakıda və Masallı rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 117 kv.m olan evin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə və 4 ədəd plastik pəncərə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Masallı rayonunun Qızılavar kəndində (rayon mərkəzindən 11 km.aralı) isə vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli, 3 otaqlı kürsülü evin, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR