Elitar Gimnaziyanın şagirdləri ekoloji parkda olublar

Elitar Gimnaziyanın şagirdləri ekoloji parkda olublar
18:17 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Elitar Gimnaziyanın şagirdləri üçün Bakının Qala qəsəbəsində yerləşən Ekoloji Parka ekskursiya təşkil edilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən bildirilib. 
Məlumata görə, məktəblilər “Eko-mərkəz” də təhlükəsizlik təlimatı ilə tanış olduqdan sonra, onlara SOCAR-ın həyata keçirdiyi ekoloji layihələr, Ekologiya İdarəsinin fəaliyyət istiqamətləri və istehsalat sahələri haqqında məlumat verilib, video-çarxlar nümayiş etdirilib. Gəzinti zamanı məktəblilər Eko-Parkın istehsalat sahələri və infrastrukturu, burada quraşdırılmış külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər müasir texnologiyalarla tanış olublar. Parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları şagirdlərin böyük marağına səbəb olub.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/elitar-gimnaziyanin-sagirdleri-ekoloji-parkda-olublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR