Xamenei ordu komandanlığında kadr dəyişikliyi etdi

Xamenei ordu komandanlığında kadr dəyişikliyi etdi
22:34 19 Noyabr 2016
123 Digər
Ölkə mətbuatı
A- A+

İranın ali lideri, Silahlı Qüvvələrin ali baş komanı Əli Xamenei ordu komandanlığında kadr dəyişikliyi edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın ali liderinin saytında dərc edilmiş məlumatda bildirilir.

 

Əli Xameneinin imzaladığı sərəncamlara əsasən, briqada generalı Əhməd Rza Purdastan  ali baş komandanının müavini vəzifəsinə, briqada generalı Kiomars Heydəri isə quru qoşunların komandanı vəzifəsinə təyin edilib.   

 

Yeni təyinatadək Əhməd Rza Purdastan quru qoşunların komandanı,  Kiomars Heydəri isə onun müavini  vəzifəsində xidmət ediblər.

 

Ali baş komandanının müavini vəzifəsində çalışmış general Əbdürrəhman Müsəvinin vəzifəsindən kənarlaşdırılmasının səbəbi açıqlanmır. Xamenei ona xidmətlərinə görə  minnətdarlığını bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR