Zülfiyyədən Meral Konrat-Fəxrəddin Manafov qalmaqalına reaksiya - FOTO

Zülfiyyədən Meral Konrat-Fəxrəddin Manafov qalmaqalına reaksiya - FOTO
12:37 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış aktrisası Meral Konratla Azərbaycanın xalq artisti Fəxrəddin Manafov arasında yaranmış gərginlik davam edir.

Milli.Az ölkə.az-a istinadla bildirir ki, M.Konrat Manafovu məhkəməyə verə biləcəyini də istisna etməyib. Aktrisa hesab edir ki, aktyorumuz onu "Təhminə-2" filminin çəkilməsi adıyla aldadıb Bakıya gətirib və o, Zülfiyyə Xanbabayevanın "Mənimsən" adlı mahnısının klipinə çəkilib.

Əməkdaşımız məsələ ilə bağlı Zülfiyyə Xanbabayevanın fikrini öyrənməyə cəhd edib. Sənətçi bu haqda danışmağı lazım bilməyib:

"Oy, oy, oy... O söhbətin üstündən nə qədər keçib. Artıq sözümü demişəm. Mənim heç bir şeydən xəbərim yoxdur".

Ancaq klipə baxanda da ehtimal etmək olur ki, M.Konrat Bakıya məhz "Təhminə-2" filminin çəkilişi üçün dəvət edilib.

Xatırladaq ki, sözügedən klipi Ramiz Fətəliyev və Fuad Əlişov çəkib.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR