Kəmaləddin Heydərov Quzanlıda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Quzanlıda vətəndaşları qəbul edəcək
23:38 23 Noyabr 2016
93 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11:00-da vətəndaşları qəbul edəcək.

FHN-dən Publika.az-a bildiriblər ki, qəbulda yalnız Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız nazirliyin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR