Rəqsanə: “Bir əldən, ağ, qara dünyaya gətirərdim” (VİDEO)

Rəqsanə: “Bir əldən, ağ, qara dünyaya gətirərdim” (VİDEO)
09:41 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə İsmayılova “Şou-Biz” verilişinə maraqlı açılama verib.

ANS PRESS-in məlumatına görə, hər zaman açıqlamaları ilə səs-küy yaradan müğənni Rəqsanə İsmayılova yenə övlad sahibi olmaq istədiyini açıqlayıb.

“Həmişə arzum olub ki, qızım çox olsun. Allah ona görə mənə 2 qız verib, amma çox istəyirəm ki, yenə övladım olsun. Bəlkə elə 2015-də olacaq, nə bilim?! Həqiqi deyirəm, ölürəm uşaq üçün… Hərdən deyirəm ki, ayıbdır artıq mənim yaşıma yaraşmır – Aysun da özüm boydadır. Amma xoşlayıram da uşaqları, çox xoşlayıram. Mənə inanın ki, şou-biznesdə olmasaydım, müğənni olmasaydım bəlkə mənim on dənə övladım olardı. Bir əldən, ağ, qara dünyaya gətirərdim” – deyə “Şou-Biz”in müxbirinə açıqlamasında bildirib.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın hazırda Aysun və Yağmur adlarında iki qızı var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR