Elton Con Donald Trampın andiçmə mərasimində çıxış etməkdən imtina edib

Elton Con Donald Trampın andiçmə mərasimində çıxış etməkdən imtina edib
12:42 24 Noyabr 2016
105 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Britaniyalı müğənni Elton Con ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ilə bağlı bayram tədbirində çıxış etmək niyyətində deyil.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl onun bayram tədbirində iştirak edəcəyini Trampın müşaviri Entoni Skaramuççi elan etmişdi. Amma musiqiçinin nümayəndəsi Fren Körtis bu məlumatı təkzib edib.
Xatırladaq ki, seçkiqabağı yarışda Elton Con bir neçə dəfə tədbirlərdə Demokratlar Partiyasından prezidentliyə namizəd olan Hillari Klintona dəstəyini nümayiş etdirib.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/elton-con-donald-trampin-andicme-merasiminde-cixis-etmekden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR