Millimiz FİFA reytinqində 2 pillə gerilədi

Millimiz FİFA reytinqində 2 pillə gerilədi
13:37 24 Noyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

FİFA yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sonuncu dəfə oktyabrın 20-də açıqlanan siyahıda son 35 gündə baş tutan qarşılaşmaların nəticələri əksini tapıb. Keçirilən matçlar siyahıda bir sıra dəyişiklərə səbəb olub. Bu, Azərbaycan millisindən də yan ötməyib.

Belə ki, DÇ-2018-in seçmə mərhələsinin IV turunda Şimali İrlandiya ilə görüşən yığmamız səfər məğlubiyyətinin acısını yaşayıb.
 
Noyabrın 11-də Belfastda 0:4 hesabı ilə uduzan Robert Prosineçkinin yetirmələri həm xal, həm də mövqe baxımından geri düşüblər.
 
Son reytinq siyahısında 404 xalı olan millimiz 18 xal itirdikdən sonra bu rəqəm 386-ya enib. Komandamız 88-ci pilləni də əldən verərək, 2 addımlıq eniş edib. Prosineçkinin yetirmələri artıq dünyanın 90-cısıdır. Nəticədə komandamızı iki yığma - Qətər və Ermənistan millimizi arxada qoyub.
 
Millimiz və "qonşular"ı
84 (74). Farer adaları - 422
84 (81). Norveç - 422
86 (76). Liviya - 417
87 (125). Ermənistan - 412
88 (91). Qətər - 409
89 (85). Keniya - 397
90 (88). Azərbaycan - 386
91 (93). Toqo - 374
92 (94). Zambiya - 374
93 (101). Finlandiya - 368
94 (96). Suriya - 363
95 (80). Boliviya - 359
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Almaniya 2-ci sıranı əldən verib. Nəticədə Braziliya 2-ci yerə yüksəlib. Bundan başqa, Çili 2 addım irəliləyibsə, Belçika və Kolumbiya 1 addım geriləyib.
 
İlk "onluq"
1 (1). Argentina - 1634
2 (3). Braziliya - 1544
3 (2). Almaniya - 1433
4 (6). Çili - 1404
5 (4). Belçika - 1368
6 (5). Kolumbiya - 1345
7 (7). Fransa - 1305
8 (8). Portuqaliya - 1229
9 (9). Uruqvay - 1187
10 (10). İspaniya - 1166
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilə San-Marino 1, Çexiya və Şimali İrlandiya 3 pillə geriləyib. Yığmamıza 4 qol vuran Şimali İrlandiya 4 pillə irəliləyib.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (2). Almaniya - 1433
32 (36). Şimali İrlandiya - 767
43 (40). Çexiya - 671
84 (81). Norveç - 422
202 (201). San-Marino - 17
 
Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerə yüksəlib. 1 pillə irəliləyən "ay-ulduzlular" 851 xala malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR