"Onu qısqanıram, sənətdən uzaqlaşacaq" - Sevdanın əri - FOTO

"Onu qısqanıram, sənətdən uzaqlaşacaq" - Sevdanın əri - FOTO
17:37 25 Noyabr 2016
921 Ölkə
Ölkə mətbuatı
A- A+

Müğənni Sevda Sanəliyeva ailəsi ilə birlikdə "Hər şey daxil" verilişinin qonağı olub.

Milli.Az big.az-a istinadən xəbər verir ki, ifaçı yeni doğulmuş qızından söz açıb:

"Adını mən qoymuşam, Leyla. Rəhmətlik anamın ən sevimli adı idi. Deyirdi ki, həmişə qızın olsa, bu adı qoyarsan. Ya Məryəm, ya Leyla. Yenə qızım olsa, Məryəm qoyacam". 

Müğənninin həyat yoldaşı onu qısqandığını, nə vaxtsa Sevdanı sənətdən uzaqlaşdıra biləcəyini də bildirib: "Onu qısqanıram, çünki sevirəm. Nə vaxtsa tamam sənətdən uzaqlaşacaq". 

Sevda isə ərinin onunla fəxr etdiyini söyləyib:

"Hər şey qadının özündən aslıdır. Mən ounun istəklərinə riayət etdikdən sonra, sözündən çıxmasam, heç bir zaman məni sənətdən uzaqlaşdıra bilməz. Məni internetdə çox oturduğum üçün qısqanır".

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR