Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına yeni baş məşqçi təyin olunub

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına yeni baş məşqçi təyin olunub
17:42 25 Noyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Təbriz Həsənov Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına baş məşqçi təyin olunub. 
Bu barədə "Report"a 49 yaşlı mütəxəssisin özü məlumat verib. T.Həsənov təyinatın hələ rəsmiləşmədiyini, amma yığmanın noyabrın 29-da Bakının Mərdəkan qəsəbəsindəki yığma komandaların məşq mərkəzində başlanacaq təlim-məşq toplanışına rəhbərliyin ona həvalə olunduğunu açıqlayıb: "Bir həftəlik hazırlıq prosesinə 1999-cu il təvəllüdlü futbolçular dəvət edilib. Həmin oyunçularla 3 ildir mən işləyirəm. Artıq onlar U-19 komandasına keçib. Bu səbəbdən, yığma da mənə tapşırılıb".
Qeyd edək ki, yeni baş məşqçi təyinatının AFFA İcraiyyə Komitəsinin 2017-ci ilin martında keçiriləcək iclasında rəsmiləşəcəyi gözlənilir. Təbriz Həsənov bu vəzifədə Nazim Süleymanovu əvəzləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanin-19-yasadek-futbolculardan-ibaret-yigmasina-yeni-bas-mesqci-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR