İndoneziya polisi paytaxt Cakartadakı hökumət binalarına və Myanmanın bu ölkədəki səfirliyinə hücum etməyi planlaşdıran şəxsi həbs edib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" polisin mətbuat xidmətinə istinadən xəbər verib.
Məlumata görə, 23 yaşlı Rio Britatn Vibav İndoneziyanın İŞİD-lə əlaqəsi olan qruplaşmasının üzvüdür. Agentliyin xəbərində bildirilir ki, polis ondan bomba hazırlamaq üçün çoxlu sayda material müsadirə edib.
Yerli medianın yazdığı xəbərdə bildirilir ki, müsadirə edilmiş partlayıcı maddələrin sayı 2002-ci ildə Balidəki klubda baş vermiş və 202 nəfərin həyatına son qoymuş partlayışdan 2 dəfə güclüdür.
Milli.Az