Nepalın Navallarasi rayonunda avtomobil 100 metrlik uçurumdan aşıb.

Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, 18 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü ağır vəziyyətdədir.

Milli.Az