Aktyor Tolqahan Sayışman 2 ilə yaxın müddətdir sevgi yaşadığı Almeda Abaziyi ailəsindən istəyib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, dünən ailəsi ilə birgə Almedanın evində qonaq olub. Tolqahanın atası qızı istədikdən sonra Almedanın anası razılıq verərək "Onun qəlbi onsuz da Tolqahanındır" deyib.
Aktyor nişanlısından adətə uyğun olaraq duzlu qəhvə gözləsə də, A.Abazi ona normal qəhvə verib.
Ailələr daha sonra birgə foto çəkdiriblər. Cütlük bir neçə ay sonra nikah masasına oturacaq.