"Cirque du Soleil" aktrisası çıxışı zamanı yüksəklikdən yıxılıb

"Cirque du Soleil" aktrisası çıxışı zamanı yüksəklikdən yıxılıb
12:32 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Əfsanəvi "Günəş sirki"nin (Cirque du Soleil) aktrisası Liza Skinner Avstraliyanın Brisben şəhərində keçirilən "Kooza" şousunda çıxışı zamanı yüksəklikdən yıxılıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Hadisədən dərhal sonra olay yerinə tibb işçiləri gəlib, L.Skinneri xəstəxanaya aparıblar.
Qeyd edək ki, 35 yaşlı hava gimnastı üç dəfə Avstraliyanın adından Olimpiya Oyunlarında iştirak edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR