Aktrisa-aparıcı Aysel Nazim türkiyəli ifaçı Kanun Yıldırım və Barış Kömürcüoğlunun yeni klipində rol alıb.
Axşam.az-ın məlumatına görə, “Zalım” adlanan mahnının müəllifi Eldar Mansurovdur. Ekran işi Almaniyada lentə alınıb.
A.Nazim bildirib ki, klipin Türkiyədə və Bakıda təqdimat mərasimi keçiriləcək.
Qeyd edək ki, “Zalım” mahnısının söz yazarı Sezen Aksudur.