Acariya Akademik Dövlət Mahnı və Rəqs Ansamblı Bakıda konsert verəcək

Acariya Akademik Dövlət Mahnı və Rəqs Ansamblı Bakıda konsert verəcək
18:02 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Gürcüstan Respublikası Acariya Akademik Dövlət Mahnı və Rəqs Ansamblı Heydər Əliyev Sarayında konsert verəcək.
Sarayın mətbuat xidmətindən "Report" a verilən məlumata görə, konsert  dekabrın 9-da baş tutacaq.
"Cəngi" Estrada Folklor Ansamblının təşkilatı dəstəyi ilə keçiriləcək konsertdə Acariya Akademik Dövlət Mahnı və Rəqs Ansamblı "95 il səhnədə" adlı şou proqram təqdim edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR