Avropada ən ucuz və ən baha "iPhone 7" hansı ölkələrdə satılır? - SİYAHI

Avropada ən ucuz və ən baha "iPhone 7" hansı ölkələrdə satılır? - SİYAHI
07:32 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Avropada ən baha "iPhone 7" smartfonu Rusiyada satılır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "CupoNation" nəşri yazıb.
Ekspertlər Avropanın 14 ölkəsində "iPhone 7" smartfonunun bütün növlərinin satış qiymətlərini monitorinq ediblər. Müqayisə üçün 32 Gb yaddaşa və 7,4 düym ekrana malik olan "iPhone 7" götürülüb.
 
Məlum olub ki, Avropada ən ucuz "iPhone 7" smartfonu Böyük Britaniyada satılır - 690 avro. İkinci və üçüncü yerləri Avstriya və İsveçrə bölüşür - 697 və 759 avro.
 
Sərfəli qiymətlərlə "iPhone 7"ni İspaniya, Polşa, Fransa və Belçikada da almaq olar. Ən baha göstəricilər isə Norveç və Rusiyada qeydə alınıb - 824 və 964 avro.
 
"Apple" şirkətinin rəhbərliyi bəyan edib ki, Rusiyada istehlak qabiliyyətinin kəskin aşağı düşməsi səbəbindən ölkə əhalisinin əlverişli qiymətlərlə "iPhone 7" alması inandırıcı görünmür.

Mill.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR