“İnter”dən başsağlığı - FOTO

“İnter”dən başsağlığı -   FOTO
17:17 29 Noyabr 2016
96 İdman
Ölkə mətbuatı
A- A+

Bakının “İnter” klubu təyyarə qəzasında həyatını itirən sabiq futbolçusu Filipe Maçadonun ölümü ilə əlaqədar başsağlığı verib. Fanat.Az xəbər verir ki, paytaxt klubu sabiq futbolçusunu bu cümlələrlə yad edib:


“2010-2011 mövsümündə “İnter”FK-nın formasını geyinmiş Filipe Maçado Yeni il təqvimi üçün hazırlanan fotoçəkilişlərdə iştirak etmişdi. Təyyarə qəzasında onun da həlak olduğu bildirilir. Allah rəhmət eləsin!”


Qeyd edək ki,  bu gün Braziliyanın "Şapekoense" klubunu aparan təyyarənin Boliviyanın Medellin şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 76 nəfər həlak olub. Onlardan 19-u futbolçu, 8-i klub rəsmisi, 21-i jurnalist olduğu bildirilir.

Həyatını itirənlər arasında Maçado ilə yanaşı “Xəzər Lənkəran”ın sabiq müdafiəçisi Tyaqo Xesus da var.



Fanat.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR