Astara və Abşeron magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Astara və Abşeron magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq
18:32 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı.29 noyabr. REPORT.AZ/ Noyabrın 30-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad”, Abşeron magistral qaz kəmərləri sahəsinin “Qanlı Göl” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Bakı şəhəri Qaradağ rayonunun “Laçın qaçqınları” yaşayış məntəqəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/astara-ve-abseron-magistral-qaz-kemerleri-sahelerinde-temir-isleri-aparilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR