Vyana Ştraus Festival Orkestrı Bakıda çıxış edəcək

Vyana Ştraus Festival Orkestrı Bakıda çıxış edəcək
10:42 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

 Bakı. 30 noyabr. REPORT.AZ/ Vyana Ştraus Festival Orkestri dekabrın 1-də Heydər Əliyev Mərkəzində "Mənim həyatım: sevgi və şövq" adlı konsert proqramı ilə çıxış edəcək.
Mərkəzdən "Report"a bildirilib ki, orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qut Ştraus dövrünün ənənələrinə sadiq qalaraq konsertdə skripkada ifa edərək dirijorluq edəcək.
Proqramda operettalardan parçalar orkestrin solisti Elizabet Yarman (soprano) tərəfindən təqdim olunacaq.
Bu, Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində ikinci konsertidir.
Ştraus Festival Orkestri Vyananın musiqi ənənələrinin qoruyucusudur. 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin rəsmi orkestridir.



Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/vyana-straus-festival-orkestri-bakida-cixis-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR