Adanada qızlar məktəbi yataqxanasının yanmasına görə 6 nəfər tutulub

Adanada qızlar məktəbi yataqxanasının yanmasına görə 6 nəfər tutulub
14:02 30 Noyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyənin Adana vilayətinin Aladağ rayonunda yerləşən üçmərtəbəli qızların özəl internat məktəbinin yataqxanasında baş verən yanğınla bağlı 6 nəfər tutulub.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, Adana şəhərinin prokuroru Əli Yeldan bildirib.
Prokurorun sanksiyası ilə yataqxananın müdiri, 3 tərbiyəçi-müəllim və 2 xidmətçi həbs edilb.
Qeyd edək ki, ötən gecə baş verən yanğın nəticəsində 11 qız şagird və 1 müəllim ölüb, 22 nəfər isə xəsarət alıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/adanada-qizlar-mektebi-yataqxanasinin-yanmasina-gore-6-nefer-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR