“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xaricidəki nümayəndəlikləri ləğv edildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xaricidəki nümayəndəlikləri ləğv edildi
01:43 1 Dekabr 2016
133 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Türkiyə, Rusiya, İran, Qazaxıstan, Ukrayna və Türkmənistandakı nümayəndəlikləri ləğv edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin törəmə müəssisələrinin hüquqi statusu da dəyişib, törəmə hüquqi şəxslər adlandırılıb. Cəmiyyətin “Dənizçi” yardımçı kənd təsərrüfatı müəssisəsi ləğv edilib. Törəmə hüquqi şəxs statusunda “ACSC logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Dənizçi” mənzil-tikinti kooperativi, xarici törəmə hüquqi şəxslər və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin iştirakçı olduğu birgə müəssisələr Cəmiyyətin strukturuna daxil edilib. “Zığ” Quru Yük Limanı və “İnflot” Dəniz Agentliyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) siyahısına əlavə edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/178056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR